Ananın oğlu üçün təcridxanaya narkotik maddə keçirməsinin qarşısı alındı

 20:53 18.08.2023     413

Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Pentensiar Xidmətdən Redaktor.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Taleh Elçin oğlu Rüstəmova anası Mehparə Əlimuxtar qızı Rüstəmova tərəfindən gətirilmiş sovqatda olan şalvarın cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,201 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.