FHN Şəkidə baş verən ağır yol qəzası ilə bağlı məlumat yaydı

 22:22 18.08.2023     320

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki şəhəri, Köbər Zəyzid kəndində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Redaktor.az xəbər verir ki, FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.