Ötən gün yol qəzalarında 5 nəfər ölüb

 09:24 19.08.2023     316

Ötən gün Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 18-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.