24 yaşlı qız binadan yıxılaraq öldü
Gəncədə 24 yaşlı qız binadan yıxılaraq ölüb.
Redaktor.az xəbər verir ki, hadisə Gəncə şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1999-cu il təvəllüdlü Şəhla Mehdiyeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.