Balakəndə sürücü avtomobildə yanaraq öldü - FOTO

 13:35 19.08.2023     463

Balakəndə minik avtomobilində yanaraq ölüb.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, hadisə Tülü kəndi ərazisində baş verib.

Kənd sakini 1988-ci il təvəllüdlü Dinavasov Arus Səidbəy oğluna məxsus "Nexia R3" markalı minik avtomobilində yanğın baş verib.

Yanğın yerinə Balakən YMH-nin texnikaları cəlb olunub. Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Lakin sürücü Dinavasov Arus Səidbəy oğlu avtomobildə yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Balakəndə sürücü avtomobildə yanaraq ölüb - FOTO Balakəndə sürücü avtomobildə yanaraq ölüb - FOTO