Şahbuz sakini faciəli şəkildə öldü

 14:56 19.08.2023     424

Şahbuz rayon sakini faciəli şəkildə ölüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Keçili kəndində, "Sərxanlı" adlanan ərazidə qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1981-ci il təvəllüdlü Əliyev Pirverdi Əvəz oğlu dağdan qaya balı yığarkən tarazlığı itirib.

Nəticədə o, dərəyə düşərək vəfat edib.