İranda saxlanılan Şərur sakinləri sərbəst buraxılıblar

 15:35 19.08.2023     298

Mart ayında İranda saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri sərbəst buraxılıblar.

Redaktor.az xəbər verir ki, bu barədə “Report”un Naxçıvan bürosuna onların ataları məlumat verib.

Bildirilib ki, rayon sakinləri - Vüsal Quliyev və Rövşən Seyidov ötən gün 5 ay saxlanıldıqları həbsxanadan sərbəst buraxılıb.

Həmin şəxslər artıq Vətənə qayıdıblar.