Xəzər rayonunda 35 yaşlı kişini avtomobil vurdu

 09:47 20.08.2023     401

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Fətullayev Elvin Seyfulla oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır (report).