Goranboyda yük maşını aşdı - Xəsarət alan var

 14:07 20.08.2023     618

Goranboy rayonunda yük maşınının aşması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goran qəsəbəsi ərazisində olub.

Belə ki, idarəetmədən çıxan “Kamaz” markalı yük maşını aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yük maşının daşıdığı mişar daşları isə ətrafa səpələnib.

Faktla bağlı araşdırma aparılır.