Cəlilabadda iki qardaş bir-birini bıçaqladı

 19:52 20.08.2023     327

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, rayon sakinləri - 1989-cu il təvəllüdlü Nemət Ağayev və 1993-cü il təvəllüdlü Qurban Ağayev bıçaq xəsarətləri alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin ehtimala görə, iki qardaş bir-birinə bıçaq xəsarəti yetirib. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır (report).