Sumqayıtda Yaşıl dərə massivində yanğın oldu

 21:13 20.08.2023     308

Sumqayıtda Yaşıl dərə massivində yanğın olub.

Redaktor.az xəbər verir ki, 1 000 kvadratmetr olan qamışlıq ərazinin 100 kvadratmetri yanıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Keçirilən tədbir nəticəsində yanğın söndürülüb və ətraf evlərə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbi araşdırılır (report).