Şəmkirdə avtomobil qəzası oldu, xəsarət alanlar var

 21:53 20.08.2023     393

Şəmkir rayonunun Şeidlər kəndində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, minik avtomobili ilə "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır (report).

Vumart və Güvən reklamı Vumart Güvən