Goranboyda mikroavtobus aşdı

 17:20 22.08.2023     812

Mingəçevirdən Goranboya gedən mikroavtobus Goranboy rayon Zeyvə kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.

Redaktor.az xəbər verir ki, mikroavtobusun qarşısına anidən iki velosipedçi çıxıb.

Sürücü hadisədən yayınmağa çalışan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı 1 nəfər yüngül xəsarət alıb. Ona ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır (report).