43 yaşlı kişi dənizdə batdı

 17:42 22.08.2023     301

Xaçmaz rayonunda 43 yaşlı kişi dənizdə batıb.

Redaktor.az xəbər verir ki, hadisə Nabran kəndində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü İsmayılov Emin Tofiq oğlunun meyiti rayon ərazisindəki çimərlikdən tapılıb.

E.İsmayılovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.