Şirvan sakini binadan yıxılaraq ağır xəsarət aldı

 23:03 22.08.2023     371

Şirvan sakini yaşadığı binadan yıxılaraq ağır xəsarət alıb

Redaktor.az xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.

Şəhər sakini, 1991-ci il təvəllüdlü Səlimov Şabran Vasif oğlu ehtiyatsızlıqdan yaşadığı binanın üçüncü mərtəbəsindən yıxılıb. Kəllə-beyin travması alan Ş.Səlimov Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (apa).