Füzulidə 12 yaşlı yeniyetmə yol qəzası törədərək ağır xəsarət aldı

 09:06 23.08.2023     359

Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az report-a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Quluzadə Səid Səyyad oğlunun idarə etdiyi avtomobil beton maneəyə çırpılıb.

Qəza zamanı yeniyetmənin bel fəqərə sümüyü sınıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən