Lerikdə 13 yaşlı qızı ilan sancıb

 14:01 23.08.2023     296

Lerikdə 7-ci sinif şagirdini ilan sancıb.

Redaktor.az xəbər verir ki, hadisə Lerik rayonunun Kaqo kəndində baş verib. Kənd sakini, 2010-cu il təvəllüdlü Aynur Asif qızı Məmmədovanı bağda ayağından ilan sancıb. A.Məmmədova Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona zəhər əleyhinə zərdab vurulub.