İki avtomobil qoyun sürüsünə çırpıldı, 23 heyvan tələf oldu

 13:41 24.08.2023     373

Cəlilabad rayonunda iki avtomobil qoyun sürüsünə çırpılıb.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Onun sözlərinə görə, bu gün saat 05 radələrində Cəlilabad rayon sakinləri E.Şəmmədov və Ə.Alışovun idarə etdikləri "Mercedes" markalı avtomobillər rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən həmin vaxt yola çıxan qoyun sürüsünə çırpılıb.

Nəticədə 23 baş xırdabuynuzlu heyvan tələf olub, nəqliyyat vasitələrinə isə ziyan dəyib.

Hazırda faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır (report).