Arvadını öldürüb, polisə təslim oldu

 14:22 24.08.2023     495

Daha bir qadın əri tərəfindən öldürülüb. 

DİN-in mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, ​Abşeron rayonu, Masazır qəsəbəsində 25 yaşlı İsaqova Səkinəxanım Vaqif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 28 yaşlı Musayev Elnur Nurəli oğlu könüllü polisə gələrək təslim olub. O, saxlanılıb.

Araşdırma aparılır.