Ələt-Astara avtomobil yolunda qəza oldu, ölən və yaralanan var

 19:08 24.08.2023     352

Ələt-Astara avtomobil yolunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, hadisə magistralın 112-ci km-də qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb və 1 nəfər xəsarət alıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır (report).