Bakıda yol-nəqliyyat hadisəsi sıxlığa səbəb oldu

 22:16 24.08.2023     283

Bakının Ziya Bünyadov prospekti, "Çermet" körpüsü adlanan hissədə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, hadisə səbəbindən "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq yaranıb.

"Hazırda yol polisi əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür", - deyə mərkəzdən bildirilib.