Hövsanda 46 yaşlı qadın qətlə yetirildi

 23:59 24.08.2023     297

Avqustun 24- 23:15 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində 1977-ci il təvəllüdlü Cəfərova Könül Hüseynqulu qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Hüseynov Səbuhi Kazım oğlu könüllü polisə gələrək təslim olub.

Qeyd olunub ki, şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.