Ziya Bünyadov prospektində qəza sıxlığa səbəb oldu

 09:40 25.08.2023     296

Ziya Bünyadov prospekti, "Xutor" tunelinin çıxışında yol-nəqliyyat hadisəsi baş verib. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Redaktor.az-a verilən məlumata görə, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.