Xırdalanda kişi özünü bıçaqlayaraq intihar etdi

 10:45 25.08.2023     222

Abşeron rayonunda kişi özünə bıçaqla xəsarət yetirərək intihar edib.

Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə ötən gecə saat bir radələrində Xırdalan şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü E.Həsənov kirayədə yaşadığı mənzildə özünü bıçaqlayaraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.