Azərbaycanda azyaşlı bacılar dərman içərək zəhərləndilər
Ağdaş rayonunda zəhərlənmə hadisəsi baş verib.
Redaktor.az "lent.az"a istinadən xəbər verir ki, hadisə rayonun Xosrov kəndində baş verib.
Evdə nəzarətsiz qalan 2016 və 2019-cu il təvəllüdlü bacılar dərman içiblər. Xəstəxanaya çatdırılan uşaqlara tibbi yardım göstərilib və onlar evə buraxılıblar.