Gədəbəydə kafedə insident - Saxlanılanlar var

 17:54 25.08.2023     199

Gədəbəydə kafedə dava olub. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, hadisə bu gün saat 11 radələrində rayonun Qalakəndkənd kəndi ərazisində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq hərəkətləri ilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həmin hərəkətləri törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq polis şöbəsinə gətiriliblər.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Fakta görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.