Sabunçuda ikimərtəbəli ev yandı

 18:59 25.08.2023     290

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 10 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 64 m² sahədə yanıb.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə, 1 ədəd kondisioner və 2-ci mərtəbəsinin 1 ədəd plastikdən ibarət pəncərəsi əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.