Abşeronda avtobusla minik maşını toqquşdu, sürücü öldü - FOTO

 23:36 25.08.2023     348

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Apa"ya istinadla xəbər verir ki, qəza Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, "Daewoo" markalı avtobusla "Hyundai" markalı minik maşını toqquşub.

Hadisə nəticəsində minik maşının sürücüsü ölüb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

22