Bakıda yaşayış binasında yanğın olub

 13:59 26.08.2023     403

Bakı şəhərinin Nərimanov rayonunda yaşayış binasında yanğın olub.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 15 ədəd elektrik sayğacı və 2 p.m çıxış kabeli yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.