Sabirabadda qaz balonu partladı, 27 yaşlı gənc yanıq xəsarətləri aldı

 09:10 27.08.2023     325

Sabirabadda qaz balonunun partlaması nəticəsində rayon sakini yanıq xəsarətləri alıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Çöl Beşdəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Əliyev Bəybala Elşən oğlu qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım aldıqdan sonra B.Əliyev Bakı şhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır (report).