Tovuzda yük avtomobili yandı, 1 nəfər xəsarət aldı

Tovuz rayonunun Qovlar şəhərində "ЗИЛ" markalı yük avtomobilinin mühərrik hissəsi və banına yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.