Bakıda avtomobil 10 yaşlı uşağı vurdu

 23:36 27.08.2023     354

Bakının Xəzər rayonununda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "report"a istinadla xəbər verir ki, avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Rəhmanov İsmayıl Arif oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.