Polisdə saxlanılan şəxsə narkotik ötürməyə cəhd edən qadın saxlanıldı
Qazax Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Qazax Rayon Məhkəməsinin qərarı ilə saxlanılaraq Qazax Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilən şəxsə narkotik vasitə keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Qazax rayon sakini olan 35 yaşlı Maral Osmanova Müvəqqəti Saxlama Yerində saxlanılan tanışı Elvin Mansurova geyim və digər gigiyenik əşyalar gətirib. Əşyalar polis əməkdaşları tərəfindən yoxlanılan zaman nəm salfet qutusunun içərisindən 1 ədəd bükümdə, narkotik maddə olan "heroin" aşkar edilərək götürülüb. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.