Xaçmazda 59 yaşlı qadın itkin düşdü

 13:26 28.08.2023     813

Xaçmazda itkin düşən şəxs axtarılır.

Redaktor.az DİN-in Mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Xaçmaz rayonunda yaşayan 59 yaşlı Gülxar Cahangirova bu il iyulun 18-i axşam saatlarında yaşadığı ünvandan çıxıb. O, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Qeyd edək ki, G.Cahangirova görmə qabiliyyəti məhdud olan şəxsdir və səhhətindəki narahatlıqlarla bağlı müalicə alır.

Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332) 5-53-56 şəhər və (+994) 55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.