Xətaidə yaşayış binasında yanğın oldu

 19:10 28.08.2023     514

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 146 m² olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, 1 ədəd dolab və döşəmə 1 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.