Bərdədə azyaşlını it dişlədi

 22:46 28.08.2023     298

Bərdədə 7 yaşlı uşağı it dişləyib.

Redaktor.az "Apa"ya istinadən xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

2016-cı il təvəllüdlü Kərimov Mirkamil Toğrul oğlu həyətdə oyanayarkən sahibsiz itlərin hücumuna məruz qalıb. Uşaq ətrafdakılar tərəfindən xilas edilərək xətəxanaya çatdırılıb. Azyaşlıya ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.