Cəlilabadda yenidoğulmuş körpə öldü
Cəlilabadda yenidoğulmuş körpə ölüb.
Bu barədə Redaktor.az-a Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.
“Cəlilabad rayon sakini 1993-cü il təvəllüdlü Firuzə Ağayevanın avqustun 22-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirdiyi uşağının avqustun 28-də yaşadığı evdə ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır”, - rəsmi məlumatda qeyd edilib.