Bakıda qadın metro stansiyanın yaxınlığında bıçaqlandı

 15:29 29.08.2023     594

Bakıda qadın metro stansiyanın yaxınlığında bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, hadisə bu gün Yasamal rayonu, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, qadın tanışı tərəfindən şəxsi münasibətlər zəminində bıçaq xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a bildirilib ki, cinayət əməlini törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.