Bu rayona leysan yağdı, dolu düşdü, həyətləri su basdı

 18:03 29.08.2023     582

Bu gün axşam saatlarında Oğuz rayonuna leysan yağış yağıb, dolu düşüb.

Redaktor.az Report-a istinadla xəbər verir ki, dolu əsasən rayonun Padar, Bayan və Kərimli kəndlərinə düşüb.

Oğuz şəhər ərazisinə yağan leysan yağışı nəticəsində isə bəzi evlərin həyətlərinə və zirzəmilərinə su dolub.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.