Biləsuvar sakini dostunu bıçaqladı

 20:21 29.08.2023     357

Biləsuvarda dostlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Redaktor.az "report"a istinadla xəbər verir ki, rayon sakini, S.Buludlu döş qəfəsindən bıçaqlanıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bıçaq onun ağciyərini kəsdiyi üçün cərrahi əməliyyat olunub.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.