Selə görə Giləzi-Xızı yolu BAĞLANDI

 22:40 29.08.2023     405

Xızıda yağan qısamüddətli leysan yağışları bir sıra fəsadlar törədib.

Redaktor.az xəbər verir ki, sel suları nəticəsində yaranan palçıq kütləsi Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə dolub. Bu səbəbdən hazırda yol bağlanıb.

Hadisə şahidlərinin bildirdiyinə görə Giləzi-Xızı avtomobil yolunun 6-10-cu kilometrliklərində avtomobillərdə köməksiz vəziyyətdə qalanlar var.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun və digər müvafiq icra strukturlarının nümayəndələri cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən