20 yaşlı qız özünü öldürdü

 09:25 30.08.2023     310

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, rayonun Yuxarı Axtaçı kəndində yaşayan 20 yaşlı Aydan Fərzalıyeva özünü asaraq intihar edib. Onun meyitini saat 05 radələrində ailə üzvləri evin çardağında asılı vəziyyətdə aşkar ediblər.

Gənc qızın hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.