Damda iş görərkən tavan çökdü, öldü

 09:29 31.08.2023     249

Quba rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, dünən saat 17 radələrində Səbətlər kənd sakini Xudayar Allahverdiyev yaşadığı evdə təmir-bərpa işləri apararkən yıxılıb.

Belə ki, Rusiya vətəndaşı olan 1965-ci il təvəllüdlü X.Allahverdiyev yaşadığı fərdi yaşayış evinin dam örtüyünü sökən zaman tavan çöküb. Bu səbəbdən o yıxılaraq ağır xəsarətlər alıb və hadisə yerində ölüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.