Şəmkirdə ağır avtomobil qəzası oldu, ölənlər və yaralananlar var

 20:51 31.08.2023     367

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində 2 nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az "report"a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.