Şəmkirdə minik maşınının aşması nəticəsində iki nəfər öldü, üçü xəsarət aldı

 21:14 31.08.2023     437

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alımıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı iki nəfər hadisə yerində ölüb.

Üç nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib