Bakıda piyadanın vurulması ilə nəticələnən qəza oldu, yolda sıxlıq var
Heydər Əliyev prospekti, köməkçi yolda piyadının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Redaktor.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd edilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.