Naxçıvanda velosiped sürən 13 yaşlı oğlanı yük maşını vuraraq öldürdü

 21:41 01.09.2023     325

Naxçıvanda velosiped sürən 13 yaşlı oğlanı yük maşını vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə Culfa rayonunun Saltaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Əliyev Sadiq Hüseyn oğlu velosipedlə hərəkətdə olarkən yük avtomobili onu vurub. Ağır xəsarətlər alan uşaq xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır (report).