Batma təhlükəsi ilə üzləşən şəxslər xilas edildi

 23:36 01.09.2023     280

Batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Yevlax” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.