Bakıda qəza sıxlıq yaratdı

 10:07 02.09.2023     361

Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, bu səbəbdən də metronun “20 Yanvar”stansiyası istiqamətində sıxlıq yaranıb.

Yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub. Sıxlığın aradan qaldırılması üçün işlər görülür.