Sabirabadda üçotaqlı ev yandı

 16:09 02.09.2023     526

Sabirabad şəhərində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı köməkçi tikilinin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə və digər otağın tavanı 20 m² sahədə yanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən